“WhatsApp” yeni ildən bəzi mobil cihazlarda işləməyəcək
  • DÜNYA

  • 08:37 27 Dekabr 2020

“WhatsApp” yeni ildən bəzi mobil cihazlarda işləməyəcək

2021-ci il yanvarın 1-dən etibarən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.

APA “Mirror” nəşrinə istinadən xəbər verir ki, tətbiq bəzi cihazlarla uyğunluğunu dayandıracaq.

Söhbət əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlardan gedir. Bura “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.

“WhatsApp”ın “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S”-də işləyə bilməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi vacibdir.

İstifadəçilərə, həmçinin vacib məlumatların itirilməməsi üçün yazışmalarının ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunur.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR