İranın ali rəhbəri, ayətullah Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərini dəyişib.
ONA TASS-a istinadən xəbər verir ki, briqada generalı Hüseyn Salami SEPAH-ın yeni komandanı təyin olunub.
O, bu vəzifədə general Məhəmməd Əli Cəfərini əvəz edib.
Bundan öncə Salami SEPAH komandanının müavini vəzifəsində çalışıb.