• DÜNYA

    07:18 13 mart 2020

Xamenei koronavirusla bağlı qərargah yaradılması barədə göstəriş verib


İran "bioloji hücum" ehtimalı ilə əlaqədar koronavirus qərargahı yaradır.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın ali lideri Əli Xamenei İran Silahlı Qüvvələri Baş Qərargahına koronavirusla mübarizə üçün təlimat verib

Təlimata əsasən, Xamenei Silahlı Qüvvələrin Baş Qərargahına Səhiyyə və Dərman Qərargahının yaradılması barədə göstəriş verib.

"Koronavirusun bioloji bir hücum ola biləcəyinə dair sübutları nəzərə alaraq, bu qərargah həm də bioloji müdafiə təlimi kimi xidmət edə və bu mövzuda milli gücü artıra bilər", - deyə ali lider vurğulayıb.

Xamenei Silahlı Qüvvələrə koronavirusla bağlı bütün işlərini bu qərargahın vasitəsilə yerinə yetirmək göstərişi verib. Səhra xəstəxanalarının yaradılması, xəstələrin müalicə mərkəzlərinin təchizatının təmini və bu kimi işlər qərargaha tapşırılıb.

Qeyd edək ki, bundna öncə İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı Hüseyin Selami də sürətlə yayılan yeni virusun ABŞ-ın bioloji hücumu ola biləcəyini söyləmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR