• DÜNYA

    06:26 3 oktyabr 2019

Xameneyi: “İran nüvə öhdəliklərini azaldacaq”

“İran 2015-ci il nüvə sazişinə dair öhdəliklərini "arzuolunan nəticəyə" gələnə qədər azaldacaq”

APA “voiceamerica”ya istinadla xəbər verir ki, bu fikri İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi özünün rəsmi vebsaytında bildirib.

Elitar İnqilab Keşikçiləri qarşısında çıxışı zamanı Xameneyi “Biz öhdəlikləri azaltmağa davam edəcəyik” deyib: “Məsuliyyət Atom Enerjisi Təşkilatı üzərindədir və o, biz istədiyimiz nəticəyə çatanadək onlar bu azatlmanı dəqiq, dolğun və hərtərəfli şəkildə həyata keçirməyi davam etməlidir”.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bundan əvvəl ölkəsinin danışıqlara hazır olduğunu, lakin buna sanksiyalar və təzyiqlər altında getməyəcəyini bildirmişdi.

Prezident Donald Tramp isə özünün tvitində İranın ona sanksiyaları qaldırmaq müqabilində danışıqlar təklif etdiyini, onun isə bunu rədd etdiyini yazmışdı.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR