İranın ali dini lideri Seyid Əli Xameneyi Qasım Süleymanini “Zülfüqar” ordeni ilə təltif edib.
ONA-nın Tehran bürosu xəbər verir ki, bu, İranda ən ali hərbi mükafat sayılır.
İslam İnqilabı Keşikçiləri Korpusunun elit “Qüds” korpusunun komandiri olan Qasım Süleymani 1979-cu il inqilabından sonra İranda bu mükafata layiq görülən ilk şəxsdir. O, dünyanın ən nüfuzlu hərbçi və strateqlərindən biri sayılır. İranın Suriyada uğur qazanması birbaşa Q.Süleymaninin adı ilə bağlıdır.