Sudanın paytaxtı Xartum şəhərindəki beynəlxalq hava limanı hərbçilər tərəfindən müxalifətin düşərgəsinin dağıdılmasından sonra fəaliyyətini dayandırıb.
ONA “Sky News Arabia”-ya istinadən xəbər verir ki, Xartum hava limanı beynəlxalq reysləri qəbul etmir.
Qeyd edək ki, bu gün səhərə yaxın Xartumda polis və xüsusi təyinatlılar ölkənin silahlı qüvvələrinin baş komandanlığının düşərgəsini sökməyə başlayıb. Sonradan onlara qoşulan hərbçilər meydanı tam nəzarət altına alıblar. Nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və odlu silahdan istifadə edilib. Məlumata görə, hərbçilər və nümayişçilər arasında baş tutan qarşıdurma nəticəsində 14 nəfər həlak olub, 100-dən artıq şəxs yaralanıb.