Marşal Xəlifə Xəftarın Liviya milli ordusu Tripoli hava limanını nəzarəti altına alıb.
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, hava limanı ətrafında döyüşlər gedir.
Liviya milli ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismarinın sözlərinə görə, paytaxta bir neçə istiqamətdən hücum edən hərbi birləşmələr hələ şəhərə daxil olmağa müvəffəq olmayıb.
Ötən gün marşal Xəftar Tripolinı terrorçulardan təmizləmək üçün ora hücuma keçməyə əmr edib.