Feldmarşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya milli ordusu ölkənin paytaxtı Tripoliyə hərbi hücumun ikinci mərhələsinə başlayıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Agencia EFE” məlumat yayıb.
Qeyd olunur ki, paytaxtın 20 kilometrliyində yerləşən Ayn-Zara şəhərində artilleriya qüvvələrinin də iştirakı ilə daha fəal silahlı qarşıdurmalar gedir.
İtkilər və dağıntılar barədə hələlik bir məlumat verilməyib.