Feldmarşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun hərbi-hava qüvvələri Tripolidə silahlı qruplaşmalara aid silah anbarını intensiv atəşə tutub.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisə şahidləri bildirib.
Bildirilib ki, hərbi təyyarələr artıq bir saatdır ki, şəhər üzərində uçuşlar edir və bəzi rayonlara zərbələr endirir. Silah anbarı ilə yanaşı, hələlik müəyyən edilməmiş hədəflər də atəşə tutulub.