“Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”.
ONA-nın xəbərinə görə, bu barədə Serbiyanın xarici işlər naziri İviça Daçiç “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya və Serbiya arasında dostluq ənənə halına çevrilib: “Bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bu səbəbdən də Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar və ya hər hansı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib və etməyəcək”.
İ.Daçiç vurğulayıb ki, Serbiyanın Avropa İttifaqına üzv olmaq planları Rusiya ilə əlaqələrin inkişafına mane olmayacaq. O, qeyd edib ki, rəsmi Moskva Belqrada milli maraqları qorumaqda yardım edir.