• DÜNYA

    12:39 9 may 2019

XİN: İran nüvə sazişindən mərhələli şəkildə çıxmağı planlaşdırır

“İran nüvə sazişindən mərhələli şəkildə çıxmağı planlaşdırır. Lakin əgər hansısa mərhələdə qarşı tərəf öhdəliyinə əməl edərsə, İran da öncəki öhdəliklərini yerinə yetirəcək”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi deyib.

Bildirib ki, nüvə sazişinin bəzi öhdəliklərinin icrasının dayandırılması elə sazişin öz bəndlərinə əsasən həyata keçirilə bilər. “Biz hələ nüvə sazişindən çıxmamışıq, qarşı tərəf öhdəliklərini yerinə yetirmədiyinə görə biz də cavab addımı atmışıq. Şərtlərə əməl edilməsə, nüvə sazişindən mərhələli şəkildə çıxacağıq".

A. Əraqçi bildirib ki, Avropa ölkələri nüvə sazişinin tələblərinə deyil, ABŞ Xəzinədarlıq Departamentinin tələblərinə əməl edirlər.

O qeyd edib ki, bu gün dünyada heç kəs İranı Hərtərəfli Birgə Fəaliyyət Planını pozmaqda günahlandıra bilməz. “Bu vasitələrdən istifadə sazişin qorunması və davam etdirilməsi üçündür, onun pozulması üçün deyil. Bizim siyasətimiz diplomatiyaya üstünlük vermək və öhdəliklərində qüsurları olan digər tərəflərə fürsət yaratmaqdır. 60 gün ərzində istəklərimiz yerinə yetirilərsə, biz öhdəliklərimizi yerinə yetirəcəyik, əks halda ikinci mərhələni icra edəcəyik. Bu haqda qarşı tərəfə məlumat vermişik və onlar bizim nə qədər ciddi olduğumuz bilirlər”.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR