“İran və ABŞ arasında heç bir danışıqlar mövcud deyil”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi İran-ABŞ danışıqlarının başlamasına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O, bu xəbərin yalan olduğunu bildirib və qeyd edib ki, İran və ABŞ arasında birbaşa və ya dolayısı ilə heç bir danışıq aparılmır.