• DÜNYA

    12:27 30 mart 2019

XİN: Türkiyə Maduro hökümətini qanuni hesab edir

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın rəsmi Ankaraya qarşı səsləndirdiyi fikirlərə görə təəssüflənir.

ONA xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bildirib: “Bir çox başqa ölkələr kimi Türkiyə də seçkilər yolu ilə hakimiyyətə gəlmiş Maduro hökümətini qanuni hesab edir”.

O, vurğulayıb ki, rəsmi Ankara ABŞ-ın Venesuelada qanuni hakimiyyətin xarici müdaxilə və qeyri-demokratik üsullarla dəyişdirilməsi təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, Türkiyə beynəlxalq ticarət qaydalarına və şəffaflıq prinsiplərinə əsaslanaraq Venesuela ilə ticarət əlaqələri həyata keçirir: “Bizim bütün Latın Amerikası ölkələri ilə münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət, dostluq və mənfəət üzərində qurulacaq”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR