• DÜNYA

    14:58 2 aprel 2019

Ukrayna XİN: "Avropa İttifaqına və NATO-ya inteqrasiyaya yönəlik xarici siyasət dəyişməyəcək"

"Prezident seçkilərinin ikinci turunun nəticələrindən asılı olmayaraq, Ukraynanın Avropa İttifaqına və NATO-ya inteqrasiyaya yönəlmiş xarici siyasəti dəyişməyəcək".

ONA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin “CNBC” telekanalına müsahibəsində bildirib.

“Mən əminəm ki, xarici siyasətdə tamamilə geriyə, sağa və ya sola dönüş olmayacaq. Ukrayna cəmiyyəti heç kəsə Ukraynanın xarici siyasətinin əsas istiqamətindən – Aİ və NATO-dan kənarlaşmağa icazə verməyəcək. Ukrayna Trans-Atlantik cəmiyyətə doğru hərəkəti davam etdirəcək”, - deyə P.Klimkin vurğulayıb. O əlavə edib ki, NATO, Aİ və Ukrayna arasında mövcud olan fəqliliklərə baxmayaraq, strategiya baxımından bu, 100% qərarlaşıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR