• DÜNYA

    22:06 29 may 2019

Xüsusi prokuror Robert Müller istefa səbəblərini açıqlayıb

ABŞ-ın xüsusi prokuroru Robert Müller istefa verməsinin səbəblərini açıqlayıb.

ONA TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə prokuror bildirib ki, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxiləsi işini iki il araşdırdıqdan sonra məsələyə aid heç bir sübut, dəlil ortaya çıxmayıb.

Elə bu səbəbdən də Müller təhqiqatlarını bitirərək rəsmi ofisini bağlayıb, o cümlədən Ədliyyə Nazirliyindən ayrılıb.

Xüsusi prokuror bəyan edib ki, indən sonra şəxsi həyatına qayıdıb.

Qeyd edək ki, R.Müller ABŞ-dakı seçkilərə Rusiya Federasiyası tərəfindən müdaxilə olunduğunu iddia edirdi. Lakin qeyd olunduğu kimi, araşdırma müddətində hər hansı sübut ortaya qoya bilməmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR