• DÜNYA

    14:34 31 dekabr 2022

XVI Benedikt vəfat edib

Qeyri-adi addım ataraq 2013-cü ildə taxt-tacdan əl çəkdikdən sonra “Təqaüddə olan pontifik” titulunu alan XVI Benedikt (Yozef Rattsinqer) bu gün 95 yaşında vəfat edib.

ONA-nın “Alman dalğası”na istinadən verdiyi xəbərə görə, Benedikt 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək pontifik postundan istefa verib.

Bununla da o, 1415-ci ildən sonra ilk Roma Papasıdır ki, könüllü olaraq Roma Katolik Kilsəsinin rəhbəri postundan imtina edib.

XVI Benedikt 500 il sonra Müqəddəs Taxtda olmuş ilk almandır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR