Yaponiya baş naziri Şinzo Abe rəsmi Vaşinqton və Tehran arasında gərginliyi azaltmaq üçün iyun ayında İrana səfər etməyi planlaşdırır.
ONA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətindəki rəsmi mənbə məlumat verib. Bildirilir ki, Yaponiya baş naziri ABŞ prezidenti Donald Trampla məsləhətləşmələrdən sonra İrana səfərlə bağlı yekun qərar qəbul edəcək. Əgər Ş.Abenin İrana səfəri reallaşarsa, o, 40 ildən sonra Yaponiyanın bu ölkəyə səfər edən ilk baş naziri olacaq.
Qeyd edək ki, sabah ABŞ prezidentinin Yaponiyaya üç günlük səfəri başlayır.