Yaponiya dənizində göyərtəsində 13 rus vətəndaşı olan gəmi yanıb
  • DÜNYA

  • 04:32 18 Noyabr 2019

Yaponiya dənizində göyərtəsində 13 rus vətəndaşı olan gəmi yanıb

Yapon dənizində yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pohanq limanı yaxınlığında "Silver Way" gəmisinin göyərtəsində yanğın baş verib.

APA TASS-a istinadla xəbə vrir ki, gəmidə 13 rus dənizçisi olub. 

Məlumata görə, gəmi Sierra-Leone bayrağı altında Naxodka - Busan marşrutu üzrə hərəkət edirmiş. 

Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürən dəstəsi göndərib. 

Alovun güclü olduğundan söndürülməsi çətinlik yaradıb. 

Xəbərə görə, gəmidə 2,5 min ton ağac daşınırmış. 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR