• DÜNYA

    11:48 19 mart 2019

Yaponiyada yeni imperatorun taxta çıxması mərasiminə 195 ölkə başçısı dəvət ediləcək

Yaponiya hakimiyyəti yeni imperatorun taxta çıxması münasibətilə keçiriləcək tədbirlərə 195 ölkə başçısını dəvət etmək niyyətindədir.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Tədbirlər oktyabrın 22-də keçiriləcək. Hazırkı imperator 85 yaşlı Akihito yaşını səbəb gətirərək, aprelin 30-da könüllü şəkildə taxtdan əl çəkəcək. Taxta onun böyük oğlu, 59 yaşlı Naruhito çıxacaq.

Qeyd edək ki, Yaponiya Konstitusiyasına əsasən, imperator dövlət və xalqın birliyinin simvoludur və digər monarxlardan fərqli olaraq, onun dövlət başçısı statusu yoxdur. İmperator yalnız mərasim funksiyalarını yerinə yetirir: parlament sessiyalarının açılışı və yüksək vəzifəli xarici qonaqlarla görüşlər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR