• DÜNYA

    13:49 13 aprel 2019

Yaponiya yerli sakinin amerikalı hərbçi tərəfindən öldürülməsi ilə bağlı ABŞ-a etiraz edib

Yaponiya hökuməti Okinava prefekturasında yerli sakinin amerikalı hərbçi tərəfindən qətlə yetirilməsi ilə bağlı ABŞ-a etirazını bildirib.

ONA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ səfirinə zəng edərək etirazını bildirib. Həmçinin Yaponiya Xarici İşlər Nazirliyi ABŞ-dan hadisənin araşdırılmasında və belə insidentlərin qarşısının alınmasında yardımçı olmağı tələb edib.

Bildirilir ki, ABŞ Dəniz Piyadaları Qüvvələrində xidmət edən hərbçi Okinava prefekturasında qadını qətlə yetirdikdən sonra intihar edib.

Hazırda hadisə ilə bağlı polis araşdırma aparır. Agentliyin məlumatına görə, bu gün səhər radələrində yerli xilasetmə xidmətinə evdə iki meyitin tapılması ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə, təcili yardım maşını ilə yanaşı, hadisə yerinə iki ABŞ hərbi avtomobili də gəlib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR