Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhərində bir kafedə bıçaqla silahlanmış şəxs bir neçə nəfəri girov götürüb.
APA xəbər verir ki, bu barədə “NHK” kanalı məlumat yayıb.
Məlumata görə, girovlar iki saata yaxındır ki, içəridədirlər. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Ərazi təhlükəsizlik xidməti tərəfindən nəzarətə götürülüb. Polis silahlı şəxsin həmin obyektin keçmiş işçisi ola biləcəyini ehtimal edir.