Yaponiyada naməlum şəxs bıçaqla polis əməkdaşına ağır xəsarət yetirərək, onun içərisi patronla dolu tabel silahını əlindən alıb.
ONA-nın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, insident Honsü adasının cənub-qərbində, Osaka prefekturasının Suyta şəhərində baş verib.
26 yaşlı polis əməkdaşı sinəsindən bıçaqlanmış halda yerli vaxtla 05:40-da xidməti postunun yaxınlığında aşkarlanıb. O, bir neçə dərin bıçaq xəsarətləri alıb, vəziyyəti hazırda ağırdır. Hadisəni törədən cinayətkar isə qaçıb.