• DÜNYA

    04:38 19 aprel 2019

Yaponiyadakı Aso vulkanı növbəti dəfə püskürüb

Yaponiyanın Küsü adasında yerləşən və ölkənin ən böyük vulkanik dağlarından sayılan Aso vulkanı püskürüb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.

Bildirilir ki, bu həftə ərzində vulkanda artıq ikinci dəfə püskürmə baş verib. Yerli idarəetmə orqanları sakinləri vulkan bölgəsinə yaxınlaşmamağa çağırıb.

Hazırda vulkan nəticəsində hər hansı dağıntıların, tələfatların olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, Aso - dünyanın da ən böyük vulkan dağlarından biridir. Onun dəniz səviyyəsindən hündürlüyü 1592 metrdir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR