• DÜNYA

    03:37 28 aprel 2019

Yaponiyanın baş naziri ABŞ-ın birinci xanımına çay hədiyyə edib

Yaponiyanın baş naziri Sindzo Abe və xanımı Akie ABŞ-ın birinci xanımı Melani Trampa doğum günü münasibətilə xüsusi növ yaşıl çay və çay dəsti hədiyyə edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Mayniti simbun” qəzeti məlumat yayıb.

Prezident Trampın özü isə hədiyyə olaraq yaponiyalı qonaqdan mirvari ilə bəzədilmiş köynək düyməsi alıb.

Donald Tramp və Sindzo Abe, həmçinin ABŞ liderinin klublarının birində qolf oynayıblar.

Qeyd edək ki, aprelin 26-da Ağ Evdə iki dövlət başçısı görüşərək, bır sıra beynəlxalq məsələləri müzakirə ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR