Yaponiyanın baş naziri Sindzo Abe mayda ABŞ-a rəsmi səfər edəcək.
ONA-nın xəbərinə görə, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono ABŞ dövlət katibi Maykl Pompeo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O, bildirib ki, ABŞ prezidenti Donald Trampın da Yaponiyaya səfəri gözlənilir. Bildirilir ki, Yaponiyada taxta yeni imperator çıxandan sonra Donald Tramp bu ölkəyə səfər edəcək ilk rəsmi qonaq olacaq.