• DÜNYA

    06:26 12 iyun 2019

Yaponiyanın baş naziri İrana rəsmi səfər edib

Yaponiyanın baş naziri Sindzo Abe İrana rəsmi səfərə yollanıb. Burada o, İran prezidenti Həsən Ruhani və Ali dini lider Əli Xamenei ilə görüşəcək.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “NHK” telekanalı məlumat yayıb.

“Yaxın Şərqdəki gərginlik ciddi narahatlıq yaradır. Öz gücümdən istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməklə regionda sülhün və sabitliyin yaranmasında mühüm rol oynamaq istəyirəm. İstərdim ki, Yaponiya ilə İran arasındakı ənənəvi dostluq əlaqələri əsasında prezident Ruhani və Ali dini lider Xamenei ilə səmimi fikir mübadiləsi apararaq regionda gərginliyin azaldılmasına nail olum”, - deyə Abe səfərə çıxmazdan əvvəl müsahibəsində bildirib.

Ehtimal olunur ki, görüş əsnasında danışıqların əsas mövzusu İranla nüvə razılaşmasının qorunub saxlanılması olacaq.

Qeyd edək ki, Yaponiya hökuməti rəhbərinin İrana son səfəri 1978-ci ildə, ölkədə şahlıq dövrünün vaxtında olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR