Yaponiyanın baş naziri Şinzo Abe bildirib ki, ilkin şərt irəli sürmədən Şimali Koreya lideri Kim Çem Inla görüşməyə hazırdır.
ONA-nın xəbərinə görə, Yaponiyanın hökumət başçısı bunu “Sankey” qəzetinə müsahibəsində deyib.
Abe bildirib ki, onun üçün Yaponiya və Şimali Koreya arasında qarşılıqlı etimadsızlığa son verməyin yeganə yolu Kimlə şərtsiz danışıqlar aparmaqdır: “Buna görə də mən onunla ilkin şərtlər irəli sürmədən səmimi danışıqlar aparmaq istərdim. Ümid edirəm ki o, öz ölkəsi üçün nəyin ən yaxşı olduğunu çevik və strateji olaraq müəyyən edən bir liderdir".