Sakit okean hövzəsində, Yaponiya sahillərindən şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geologiya Xidmətindən məlumat yayılıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 17:45-də Miyako şəhərindən 191 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.
Təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.