Rusiyanın məşhur media menecerlərindən və NTV telekanalının qurucularından biri İqor Malaşenko İspaniyada intihar edib.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, Əndəlus Ali Məhkəməsindən hadisədə kriminal əlamətlərinin aşkar olunmadığı bildirilib.
Meyitin müayinəsinin yekun nəticələri bir aydan sonra bəlli olacaq.
Qeyd edək ki, İ.Malaşenkonun intiharı barədə xəbər fevralın 25-də yayılıb. O, fevralın ortalarında nevroloji xəstəxanaya yerləşdirilib. Mərhumun jurnalist həyat yoldaşı Bojena Rınska bildirib ki, buna səbəb keçmiş xanımı Yelena ilə uzanan boşanma prosesidir.
İ.Malaşenko 1996-cı ildə Boris Yeltsinin, 2018-ci ildə isə Kseniya Sobçakın seçki qərargahına rəhbərlik edib.