• DÜNYA

    05:51 31 dekabr 2020

Yəmən hava limanına hücum zamanı BQXK-nın üç əməkdaşı ölüb

Yəmən hava limanında baş verən partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) üç əməkdaşı ölüb.

APA xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat yer alıb.

“Beynəlxalq Qırmızı Xaç Komitəsi Aden hava limanında baş verən partlayışda üç əməkdaşımızın ölümü ilə əlaqədar dərindən kədərlənir”, - məlumatda belə deyilir.

Bundan əvvəl humanitar təşkilatın Cenevrədəki qərargahı iki nəfərin ölümü və bir təşkilat əməkdaşının itkin düşdüyünü bildirmişdi.

Təşkilatın daha üç əməkdaşının da yaralandığı bildirilir.

Qeyd edək ki, çərşənbə günü Aden hava limanında Yəmənin yeni hökumətinin nazirlərinin gəlişi ilə eyni vaxtda üç minaatan mərmisi partlayıb. Hücumda 27 nəfər ölüb, onlarla insan yaralanıb. Ölən və yaralananlar arasında adi vətəndaşlar, jurnalistlər, hökumət üzvlərini qarşılayan yerli rəsmi nümayəndələr və ordu komandanlığı olub. Nazirlərdən heç biri zərər görməyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR