Yəmənin “Ənsar Allah” müqavimət hərəkatının tərəfdarları (Husilər) pilotsuz uçan aparat (PUA) vasitəsilə Səudiyə Ərəbistanının Cizan şəhər hava limanına hücum ediblər.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi hərbi anqarlar olub. Son iki həftədə husilərin Səudiyyə Ərəbitanına PUA-lar vasitəsilə hücumları artıb.
Bir qədər sonra Səudiyyə Ərəbistanından yayılan xəbərə görə, krallığın havadanmüdafiə qüvvələri yəmənli husilərə məxsus PUA-nı vurub.