• DÜNYA

    04:26 19 avqust 2019

Yəməndə 3 min il əvvələ aid yaşayış məskəni və mumiyalar tapılıb

Yəmənin paytaxtı Səna şəhəri yaxınlığında təxminən 3 min il yaşı olan qədim yaşayış məskəni və mumiyalar aşkar olunub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “SABA” agentliyi husi hökumətinin mədəniyyət naziri Abdulla Əhməd əl-Kabsiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Səna yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı iki tapıntı üzə çıxarılıb – qədim yaşayış məskəni və qayalara oyulmuş məzarlar. Həmin məzarlarda daş dövrünün sonu və hətta bürünc dövrünə aid 3 min illik mumiyalar tapılıb.

Əl-Kabsi bildirib ki, tapılmış insan məskəni daşlardan tikilmiş evlərdən ibarətdir və bürünc dövrünün sonlarına aiddir. Məzarlar isə yaşayış məskəninin kənarında yerləşir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR