Yəmənin Aden şəhərində leysan yağışları daşqınlara səbəb olub, nəticədə iki nəfər ölüb.
ONA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, şəhərin küçələri sel suları altında qalıb.
Bir neçə rayonlarda suyun səviyyəsi 40-100 sm-dək qalxıb. Ən çox əziyyət çəkən Aden şəhər administrasiyasının yerləşdiyi bölgədir.
Bundan başqa, güclü külək və şimşək çox sayda dirəklərin və ağacların aşmasına səbəb olub.