İndoneziyanın Papua vilayətində baş vermiş daşqınlar zamanı azı 42 nəfər ölüb.
ONA-nın “Sinxua” agentliyinə istinadən yaydığı xəbərə görə, daşqınlar arası kəsilməyən leysanlar nəticəsində yaranıb.
Yerli hakimiyyət orqanları onlarla insanın itkin düşdüyünü bildirib.
Papua vilayəti Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində yerləşir.