• DÜNYA

    08:42 20 iyun 2019

Yeni Zelandiya hökuməti əhalidən silahların toplanmasına 136 mln. dollar xərcləyəcək

Yeni Zelandiya hökuməti sakinlərdən qadağan olunmuş yarımavtomatik silahın geri alınması üçün 136 milyon dollar xərcləyəcək.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri ölkənin polis və maliyyə nazirlərinin birgə açıqlamalarına istinadən məlumat yayıb.

50 nəfərin ölümü ilə nəticələnən Kraystçerç terrorundan sonra Yeni Zelandiyanın baş naziri Casinda Ardern ölkə ərazisində döyüş xarakterli bütün yarımavtomatik və avtomatik silahlara qadağanın tətbiq edildiyini açıqlayıb. Aprel ayında isə parlament belə bir qanun layihəsini qəbul edib.

Bildirilir ki, Yeni Zelandiya büdcəsindən bu tip silahların toplanması üçün 124,7 milyon dollar, onların toplanması sxeminin işlənilməsinə isə əlavə 11,8 milyon dollar ayırılması nəzərdə tutulur.

Nazirlərin açıqlamasında qeyd olunur ki, yarımavtomatik silah saxlayan vətəndaşlar 20 dekabr 2019-cu il tarixədək onları təhvil verməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR