• DÜNYA

    07:37 21 mart 2019

Yeni Zelandiya hücum və yarıavtomatik tüfənglərə qadağa qoyub

Yeni Zelandiyanın Nazirlər Kabineti hücum və yarıavtomatik tüfənglərin ölkə ərazisində dövriyyəsi və istifadəsinə qadağa qoyub.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, bu haqda hökumətin rəsmi saytında bəyanat yayılıb.

Qeyd olunub ki, qadağa istənilən silahı yarıavtomatik həddə çatdırmağa qadir olan cihazlara da şamil olunacaq.

Bundan əlavə, Nazirlər Kabinetinin qərarı qeyd olunan silahların əhalidən alınmasına dair sxem hazırlanmasını da nəzərdə tutur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR