Yeni Zelandiya Parlamenti ölkədə evtanaziyanın leqallaşdırılması ilə bağlı qanunun lehinə səs verib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, parlamentdə illərdən bəri müzakirə edilən evtanaziya ilə bağlı qanun layihəsinin lehinə 69 deputat, əleyhinə isə 51 deputat səs verib və bununla da gələn il evtanaziya ümumxalq səsverməsinə çıxarılacaq.
Baş nazir Casinda Ardern də evtanaziya ilə əlaqədar islahat yönümlü çağırışlar edirdi.
Ölkədə keçirilən son sosioloji sorğuda Yeni Zelandiya vətəndaşlarının 72% -i qəbul olunan qanunu dəstəklədiklərini bildirib.
Qeyd edək ki, Evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı öz istəyi ilə həyatdan məhrumetmədi. Hollandiya qanunvericili¬yinin müəy¬yənləşdirdiyi tərifə əsasən, "bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır".
Xatırladaq ki, evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən “yüngül ölüm” mənasında işlədilib.