• DÜNYA

    05:09 17 mart 2019

Yeni Zelandiya polisi terror aktında şübhəli bilinən 3 nəfəri buraxıb

Yeni Zelandiyada törədilən terror aktından sonra saxlanılan 4 nəfərdən 3-nün məsciddəki atışma ilə bağlılığının olmadığı üzə çıxıb.

ONA-nın “İzvestiya”ya istinadən yaydığı xəbərinə görə, bu ölkənin polis rəisi Mayk Buş istintaqın gedişinə dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, saxlanılan 2 nəfərə qarşı başqa ittihamlar irəli sürülüb. Belə ki, saxlanılanlardan birinin maşınında qeydə alınmamış odlu silah tapılıb, digəri isə irqi diskriminasiyada günahlandırılır.

Beləliklə, məscidlərdə törədilən terror aktında yeganə şübhəli hələlik avstraliyalı Brenton Tarrantdır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR