Sakit okeanda Yeni Zelandiyanın tərkibinə daxil olan Kermadek arxipelağı rayonunda 5,8 maqnitudalı zəlzələ olub.
ONA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Tauranqa şəhərindən 1098 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.