Yeni Zelandiyada məscidə hücum zamanı silahlı terrorçunu zərərsizləşdirməyə cəhd edən Pakistan vətəndaşına ölümündən sonra Şücaət ordeni veriləcək.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçu Ən-Nur məscidinə daxil olan zaman pakistanlı Naim Rəşid onun üstünə atılaraq silahını əlindən almaq istəyib, ancaq gücü çatmayıb. Silahlı şəxs onu da öldürüb.
“Pakistan irqçi-terrorçunun qarşısını almağa çalışan Mian Naim Rəşidlə fəxr edir. O bu şücaətinə görə dövlət səviyyəsində mükafatlandırılacaq”, - Pakistanın baş naziri İmran Xan öz Twitter səhifəsində belə yazıb.
Pakistan XİN-in məlumatına görə, terror aktı nəticəsində 9 pakistanlı dünyasını dəyişib.