Yeni Zelandiyanın Kraystçerç şəhərindəki Əl-Nur məscidində törədilmiş terror aktı nəticəsində yaralanmış şəxslərdən biri – 46 yaşlı kişi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
ONA xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin internet səhifəsində qeyd olunub.
Türkiyə XİN-in yaydığı məlumata görə, dünyasını dəyişən şəxs Türkiyə vətəndaşı Zəkəriyə Turandır. Belə olan halda, terror hücumu nəticəsində ölənlərin sayı 51 nəfərə çatmış olub.
Qeyd edək ki, Kraystçerç terroru martın 15-də baş verib.