Yeni Zelandiyada iki məsciddə törədilmiş terror aktının qurbanlarının dəfn mərasimi bu gün baş tutacaq.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kraystçerç şəhər şurasının məlumatında deyilir.
Ölkə polisinin rəhbəri Mayk Buş mətbuat konfransında bildirib ki, terror hücumu nəticəsində dünyasını dəyişənlərdən yalnız 21 nəfərinin kimliyi müəyyən edildiyindən, onların cənazələri yaxınlarına verilib.