Yeni Zelandiyada 7,4 bal gücündə zəlzələ baş verib.
ONA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Tədqiqatlar Xidməti məlumat yayıb.
Bildirilir ki, yealtı təkanlar yerli vaxtla 22:55-də, episentri isə L’Esperans adasından 104 kilometr şimal-şərqdə və 35 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.