• DÜNYA

    08:27 17 avqust 2020

Yeni Zelandiyada koronavirusa görə parlament seçkilərinin vaxtı dəyişdirilib

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ümumparlament seçkilərinin vaxtının sentyabrın 19-dan oktyabrın 17-dək təxirə salındığını elan edib.

APA xəbər verir ki, bu barədə “New Zeland Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, bu qərar koronavirus infeksiyasının ölkədə yayılması ilə əlaqədardır.

Qeyd olunur ki, avqustun 11-də 102 gün ərzində ilk dəfə Yeni Zelandiyada dörd yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu, virusun ölkədaxili yayılması kimi qiymətləndirilib və qabaqlayıcı tədbirlərin tətbiq olunmasına gətirib çıxarıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR