2018 VP1 adı verilmiş asteroid noyabrın 2-də Yerə minimum məsafədə yaxınlaşacaq.
APA xəbər verir ki, bu barədə NASA-nın bölmələrindən birinin saytında məlumat yayılıb.
Bildirilir ki, Bakı vaxtı ilə təxminən saat 19:33-də 2018 VP1 asteroidi Yerdən 384 min kilometr məsafədə keçəcək. NASA bu asteroidin planetimizin atmosferinə daxil olma ehtimalının 240-da-bir və ya 0,41% olduğunu açıqlayıb.
Asteroid 3 noyabr 2018-ci il tarixdə aşkar edilib. O, hərəkət xətti Yer orbiti ilə kəsişən “Apollon” asteroidlər qrupuna aiddir.