• DÜNYA

    02:48 7 may 2019

Yıldırım: "Seçkilərdə aşkar etdiyimiz yanlışlıqlar YSK-ya müraciət etməyimizə səbəb olub"

İstanbula, istanbullulara xidmət etmək üçün bu yola baş vurduq, inşallah bu qərarımız təkrar seçkilərdə də davam edəcək.

ONA-nın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyəsi üzrə namizədi Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.

“Seçimlər zamanı və sonrasında müəyyən etdiyimiz bəzi səhvlər, qanunsuzluqlar, hiylələr partiyamız tərəfindən izlənildi və YSK-ya belə bir müraciət olundu. Uzun müddətdən bəri YSK lazımlı işləri, araşdırmaları apardı. Nəhayət, bu gün seçkilərin təkrar keçirilməsi ilə bağlı qərar verildi”, - deyə B.Yıldırım əlavə edib.

B.Yıldırım onu da qeyd edib ki, yeni qərara əsasən, səsvermə köhnə namizədlər arasında keçiriləcək.

Qeyd edək ki, YSK-nın yazılı, rəsmi qərarı hələlik açıqlanmayıb. Təkrar seçkilər isə iyun ayının 23-nə təyin olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR