• DÜNYA

    18:44 3 noyabr 2019

Yunanıstana 4 ayda 40 min miqrant gəlib

Son 4 ayda Yunanıstana 40 min miqrant gəlib.

ONA-nın məlumatına görə, bunu “Skai’ telekanalına müsahibəsinə Vətəndaş Müdafiəsi nazirinin müavini, hökumətdə miqrasiya siyasətinə məsul olan Yorqos Kumutsakos bildirib.

Y. Kumutsakos miqrant probleminin milli masştabda olduğunu bəyan edib. Nazir müavini deyib ki, son aylar Türkiyə sahillərindən miqrant axını əhəmiyyətli dərəcədə artıb, Yunanıstanın bəzi regionlarında miqrantların sayı yerli əhaliyə çatır. Bir sıra regionlarda miqrantların yerləşdirilməsi əleyhinə aksiyalar da keçirilib: “Biz miqrantların ilk dalğasını qəbul edən sərhəd regionları ilə həmrəylik nümayiş etdirməliyik. Problem böyükdür və bu problem uzun müddət qalacaq. Ona görə də biz səbir etməliyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR