Yunanıstanın Kalamata şəhərində ənənəvi Pasxa şənliyində partladılan pirotexniki vasitələrdən biri çəkiliş aparan teleoperatorun ölümünə səbəb olub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “AMHA” agentliyi məlumat yayıb.
Bildirilir ki, şənlik zamanı kustar üsulla hazırlanmış pritexniki vasitələrlə döyüş şousu göstərilir. Tədbir iştirakçıları içərisinə barıt doldurulmuş karton borulardan istifadə edir.
Boruların birindən çıxan barıt 53 yaşlı operatora dəyib. O, xəstəxanaya aparılsa da, artıq gec olub.