• DÜNYA

    05:42 2 noyabr 2019

"Zaliv Amerika" tankerində partlayış: 2 ölüb, 1 itkin


Rusiyanın Naxodka limanında "Zaliv Amerika" adlanan tankerdə partlayış baş verib.

APA TASS-a istinadla xəbər verir ki, partlayış nəticəsində tankerdə olan heyət üzvlərindən iki nəfər ölüb, bir nəfər itkin düşüb.

Limanın Təcili Xilasetmə Bölməsi faktı təsdiqləyib. Lakin partlayışın başvermə səbəbləri barədə əlavə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR