• DÜNYA

    02:32 20 may 2019

Zaur Darğallı Marneulinin meri seçilib - RƏSMİ

Marneulidə keçirilən növbədənkənar icra başçısı seçkisinin nəticələri hesablanıb.

ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bu ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda qeyd edilib ki, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun yeni icra hakimi vəzifəsi uğrunda mübarizədə Gürcü Arzusu partiyasının namizədi Zaur Darğallı qalib gəlib.

Onun ümumi səslərin 78,6 faizini topladığı bildirilib.

Səid

Teqlər:

SON XƏBƏRLƏR